Sentyabr ayında elektrik enerjisinin idxalı 33% artırıb
İlkin məlumatlara görə, bu ilin sentyabr ayı ərzində Gürcüstan elektrik enerjisinin idxalını ötən ilin eyni ayı ilə müqayisədə 33% artıb.

Elektrik Enerjisi Sistemi Operatorunun (ESCO) əməliyyat statistikasına görə, sentyabr ayında Gürcüstan xaricdən 185 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib. Rusiyadan 125 mln. kVt-saat, Azərbaycandan isə 60 mln. kVt-saatdır. 2018-ci ilin sentyabr ayında isə idxal 139,46 mln. kVt-saata çatmışdır.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın elektrik enerjisinin idxalı 835 mln. kVt-saata çatıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google