2020-ci ildə Gürcüstan təbii qazın 92,7 %-ni Azərbaycandan, 6,6 %-ni isə Rusiyadan alacaq
Gürcüstanın
İqtisadiyyat Naziri Natia Turnava 2020-ci ilin təbii qaz həcmində
təsdiqlədi.
Sənədə əsasən, Gürcüstana gələn təbii qazın həcmi 2,57 milyard
kubmetr həcmində müəyyən edilib.
Gürcüstan bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni
Azərbaycandan əldə edəcək. Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR-dan,
873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın
payına düşəcək.
Proqnozlara əsasən, 2020-ci ildə Gürcüstanın Rusiyadan idxal
edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi
həcmin 6,6%-ni təşkil edəcək.
Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr
olacağı proqnozlaşdırılır.
Sənəddə həmçinin qeyd edilib ki, 2020-ci ildə Gürcüstan əhalisinin
təbii qaz ehtiyacının 1,6 mlrd. kubmetr, istilik elektrik
stansiyalarının istifadə etdiyi təbii qaz həcminin isə 600 mln.
kubmetr olacağı proqnozlaşdırılıb. Kommersiya sektorunun
tələbatının isə 911 mln. kubmetr olacağı bildirilib. Qaz itkisi isə
35 mln. kubmetr olaraq proqnozlaşdırılıb.
Cari ilin qaz balansı ilə müqayisədə, 2020-ci ildə təbii qazın
gətirilən və həmçinin istifadə edilən həcminin azalması
gözlənilir.