Ötən ay Gürcüstan Azərbaycana 333.48 ton iribuynuzlu mal-qara ixrac edib
Bu ilin yanvarında Gürcüstan Azərbaycana 567.72 min ABŞ dolları məbləğində 333.48 ton iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri illik müqayisədə 62.07 min dollar və ya 9.9%, çəkisi isə 4.21 ton və ya 1.2% azalıb.

Hesabatda qeyd olunub ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycana 629.79 min dollar dəyərində 337.69 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google