Gürcüstan Azərbaycana dərman ixracını artırıb
Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 36,51 ton dərman
preparatları idxal edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun dəyəri 977,89 min ABŞ dolları təşkil
edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana
medikament ixracı 12,71 ton və yaxud 53,4 % artıb.