Mövsümi işlərlə bağlı daha 3 ölkə ilə danışıqlar davam edir – Tikaradze
Səhiyyə Nazirliyinə namizəd Ekaterine Tikaradzenin sözlərinə görə, əmək miqrasiyası danışıqlarının aparıldığı növbəti ölkələr Fransa, Yunanıstan və İsraildir.

"Bununla birlikdə, Kiprlə də bəzi danışıqlar davam edir. Ayrıca Almaniyadan sonra bir çox Avropa ölkəsindən rəy aldıq. Əlbəttə, əgər vətəndaşlarımız orada götürdükləri öhdəlikləri tam yerinə yetirsələr, əminəm ki, belə də olacaq, təbii olaraq maraqlanan xarici ölkələrin sayı da artacaq", – Tikaradze komitə iclasındakı çıxışında bildirib.

Almaniyada müvəqqəti iş axtaran əmək miqrantlarının qeydiyyat portalında bir gündə 53 274 nəfər qeydiyyatdan keçib. Bunlardan 35 121 nəfəri Almaniyada müvəqqəti işə qəbul üçün müraciət formasını doldurub.

Bir gündə 35 000-dən çox insan Almaniyada işləmək üçün Gürcüstanı tərk etmək istəyini dilə gətirib.

Mövsümi işlərə aprel ayında başlanacaq. https://workabroad.moh.gov.ge/.

Daha ətraflı məlumat üçün " Məşğulluğun Təşviqi Dövlət Agentliyinin" “Facebook” səhifəsini ziyarət edin və ya 1505 qaynar xətti ilə əlaqə saxlayın. Müvəqqəti mövsümi işlə təmin olunma Gürcüstan və Almaniya arasındakı razılaşma çərçivəsində həyata keçirilir.


Mənbə: On
Print Email
FaceBook Twitter Google