Gürcüstan hökuməti ölkənin tranzit dəhlizinin rəqabət qabiliyyətini
artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və
regional əməkdaşlığı dərinləşdirməkdə davam edəcək.
Bu məsələ Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üzrə
proqramında əksini tapıb.
Qeyd olunub ki, Bakı-Tbilisi-Qars layihəsinin tam başa çatdırılması
Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxt
əhəmiyyətli dərəcədə qısaldılacaq və bu da Gürcüstana əlavə
yüklərin cəlb olunmasına imkan verəcək.
Proqramda deyilir ki, Gürcüstan tərəfdaş ölkələrlə birgə tranzit
dəhlizinin rəqəmsallaşdırılması üzrə işlərin aparılmasını
planlaşdırır. Bu da Gürcüstan vasitəsilə yükdaşımaların
effektivliyini artıracaq və davamlılığını təmin edəcək.
Mənbə: azertac.az