2020-ci ildə Gürcüstan Ukraynadan ümumilikdə 294 ton kolbasa və
kolbasa məmulatları idxal edib.
Bu barədə “Marneuli” radiosu Ukrayna mətbuatına istinadən xəbər
verir.
Məlumata görə, bu həcm Ukraynanın ümumikdə ixrac etdiyi kolbasa və
kolbasa məhsullarının 21 %-nə bərabərdir.
Ötən il Ukrayna ümumilikdə 1 400 ton kolbasa və kolbasa məmulatları
ixrac edib. Ukrayna kolbasasının əsas alıcısı 350 tonluq (25 %)
göstərici ilə Nigeriya olub.
Hesabat dövründə Ukraynadan Azərbaycan 182 ton (13 %), İordaniyaya
154 ton (11 %), Moldovaya isə 70 ton (5 %) kolbasa və kolbasa
məhsulları ixrac edilib.
2020-ci ildə Ukraynanın idxal etdiyi kolbasa və kolbasa
məhsullarının həcmi isə 4 700 ton təşkil edib. Bu həcm 2019-cu illə
müqayisədə 2 dəfə, 2016-cı illə müqayisədə isə 12 dəfə çoxdur.
İdxal əsasən Avropa ölkələrindən həyata keçirilib. Bu baxımdan
Polşa lider olub. Bu ölkədən Ukraynaya 3 431 ton kolbasa və kolbasa
məhsulları idxal edilib ki, bu da ümumi kolbasa və kolbasa
məhsullarıın idxalında 73 % paya bərabərdir. İdxalın dəyərinə görə
isə İspaniya ilk yeri tutub. Bu ölkədən Ukraynaya 2 021 ton kolbasa
və kolbasa məhsulları gətirilib ki, bu da ümumi kolbasa və kolbasa
məhsullarıın idxalına çəkilən xərcdə 43 % paya malik olub.
Bununla belə, Ukrayna bazarında idxal kolbasanın ümumi payı cəmi
1,4 % təşkil edib.
Mənbə: report.az