ABŞ dollarının möhkəmlənməsi fonunda qiymətin azalmasından sonra
dünya bazarlarında neft korreksiya çərçivəsində bahalaşır.
Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri
0,24% bahalaşaraq, 1 bareli 82,84 ABŞ dollarına satılıb.
WTI neftinin dekabr fyuçerslərinin qiyməti də 0,22% artaraq, 1
bareli 81,52 ABŞ dolları təşkil edib. Ümumilikdə dünən qiymətlərdə
müvafiq olaraq, 2,5% və 3,3% azalma qeydə
alınmışdı.
Dünən ABŞ dollarının məzənnəsi digər valyutalara nisbətdə 1%-dək
artıb. ABŞ dollarının möhkəmlənməsi digər valyutalarda satınalmalar
zamanı xammalı, o cümlədən nefti daha az əlçatan edir.