İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakı Milli Agentliyi bu ilin
2-ci rübünün özəlləşdirmə planını 108 faiz yerinə yetirib.
Agentliyin məlumatına görə, hesabat dövründə özəlləşdirmə
nəticəsində səfərbər edilmiş məbləğ 170 297 378 lari təşkil edib
ki, bunun da 127 558 754 lari planlaşdırılan 118 000 000 lari
əvəzinə dövlət büdcəsinə, 26 317 lari yerli özünüidarəetmə
büdcəsinə, 85 317 lari, Acarıstan Muxtar Respublikasının büdcəsinə
daxil olub.
Eyni zamanda, sürətləndirilmiş özəlləşdirmə çərçivəsində bu günə
olan məlumata görə, agentlik ümumilikdə 1190 elektron hərrac elan
edib. Özəlləşdirmə prosesi şəffaf və hamı üçün əlçatandır. Artan
tələbata cavab olaraq, agentlik gələcəkdə də dövlət aktivlərinin
aktiv şəkildə özəlləşdirilməsini davam etdirəcək və ölkə
iqtisadiyyatının inkişafına töhfə verəcək.
Statistikaya görə, Milli Əmlak Agentliyi birinci rübdə 34 milyon
833 min 394 lari, ikinci rübdə isə 92 milyon 725 min 360 lari
dəyərində əmlak satıb.