Gürcüstan Milli Bankının məlumatına görə, Gürcüstanın ümumi xarici
borcu 31 mart 2022-ci il tarixinə 22,1 milyard ABŞ dolları (68,4
milyard lari) təşkil edib.
2022-ci ilin birinci rübündə Gürcüstanın ümumi xarici borcu 6,1
milyon ABŞ dolları artıb. Bundan əməliyyat dəyişiklikləri hesabına
borc 384,6 milyon ABŞ dolları artıb, qiymət, məzənnə və digər
dəyişikliklər hesabına borc müvafiq olaraq 207 milyon, 144,1 milyon
və 27,4 milyon ABŞ dolları azalıb.
Dövlətin xarici borcu 10,4 milyard ABŞ dolları (32,2 milyard lari)
təşkil edib ki, bu da ÜDM-in 52,1 faizini təşkil edir. Bunun 7,8
milyard ABŞ dolları (24,0 milyard lari; ÜDM-in 38,9 faizi) dövlət
sektorunun borcu, 942,6 milyon ABŞ dolları (2,9 milyard lari) Milli
Bankın öhdəlikləri, dövlət müəssisələrinin istiqrazları və
kreditləri isə müvafiq olaraq 438,5 milyon ABŞ dolları və 1,2
milyard ABŞ dolları təşkil edib.
Bank sektorunun xarici borcu 5,0 milyard ABŞ dolları (15,4 milyard
lari), digər sektorların xarici borcu 4,9 milyard ABŞ dolları,
şirkətlərarası borcu isə 3,5 milyard ABŞ dolları təşkil edib.
Milli Bankın məlumatına görə, ümumi xarici borcun 90,9 faizi xarici
valyutadadır.