Qudauridə saatda 1800 sərnişin daşıya biləcək 2800 metr uzunluğunda
yeni kanat yolunun tikintisi planlaşdırılır.
Baş nazir İrakli Qaribaşvili bu barədə hökumətin dekabrın 5-də
keçirilən iclasında bildirib.
“Biz Qudauridə yeni kanat yolu qurmağı planlaşdırırıq.
Onun tutumu saatda 1800 sərnişin, uzunluğu isə 2800 metr olacaq.
Biz həmçinin Qudauridə iki xizək yolunda qar təmizləmə sistemi
quraşdıracağıq ki, bu da bizim istirahət edənlər və vətəndaşlarımız
üçün, o cümlədən qarın kifayət qədər olmadığı mövsümdə daha da
rahatlıq yaradacaq”, - Qaribaşvili bildirib.