Marneuli bazarında yolkaların qiyməti neçədir
Bir həftədir, Marneuli bazarında yeni ilə hazırlıq başlayıb.

Bazarın daxilində və çölündə onlarla piştaxtanı yolkalar və oyuncaqlar tutub. Satıcılar deyirlər ki, onlar üçün fəal ticarət “mövsümü” 10 dekabrdan başlayır. O zaman gün ərzində 15 və ya daha artıq yolka satırlar.

“İndi gündəlik 3-4 yolka ancaq satırıq. Mənim hər il bu biznesim olur və ildə bir dəfə bir neçə günlük buraya gəlməyə dəyir. İndi çox adam yoxdur, amma 3-4 günə almağa başlayacaqlar. Bu biznesə böyük pul qoymuşam və ümid edirəm gəlirim olacaq”, – satıcılardan biri deyir.

Marneulidə yolkaların qiyməti 35 laridən başlayır və 1000 lariyə qədər dəyişir. Oyuncaqların qiyməti isə 1 laridən başlayır və 15 lariyə qədər qalxır.

 

Print Email
FaceBook Twitter Google