2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan ixrac olunmuş
malların həcmi (bəyan edilməmiş ixrac olmadan) 914,8 milyon ABŞ
dolları təşkil edib ki,
bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% çoxdur. Yerli
ixrac (təkrar ixrac olmadan ixrac) ümumi ixracın 54,3 faizini
təşkil edir. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 10,6 faiz azalaraq 497,2 milyon ABŞ dollarına bərabər
olub.
“Business Press News” 2023-cü ilin yanvar-fevral aylarında
Gürcüstanın ən çox məhsul satdığı 10 ölkənin siyahısını təqdim
edib:
- • Rusiya - 106,9 milyon ABŞ dolları. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə 33,5% artıb
- • Çin - 106,1 milyon ABŞ dolları. Artım -
17,9%.
- • Türkiyə - 57,1 milyon ABŞ dolları. Artım -
2,1%
- • Bolqarıstan - 34,5 milyon ABŞ dolları. Azalma -
58,8%.
- • Ermənistan - 26,1 milyon ABŞ dolları. Artım -
66,1%
- • İspaniya - 19,8 milyon ABŞ dolları. Artım -
597%
- • Peru - 17 milyon ABŞ dolları. Azalma -
5,9%
- • Azərbaycan - 16 milyon ABŞ dolları. Artım -
11,5%
- • İsveçrə - 13,5 milyon ABŞ dolları. Azalma -
4,7%
- • ABŞ - 11,1 milyon ABŞ dolları. Azalma -
71,6%