“Bu gün Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin
məlumat bazasında qadağan olunmuş şəxslər siyahısında 1 457 625
nəfər qeydiyyata alınıb”,
- deyə maliyyə naziri parlamentdə çıxışı zamanı bildirib.
"2022-ci il martın 1-dən qumar biznesinin yeni
qaydaları qüvvəyə minib. Bu günə olan məlumata görə, Maliyyə
Nazirliyinin Gəlirlər Xidmətinin məlumat bazasında 1 milyon 457 min
625 nəfər qadağan olunmuş şəxslər siyahısında qeydiyyatdadır.
Asılılıqda olan şəxslərin siyahısında isə 4901 nəfər
qeydiyyatdadır. Onlardan 34 nəfər hakimin qərarı əsasında, 4867
nəfər isə öz ərizəsi əsasında qeydiyyata alınıb”, -
deyə Xuçişvili bildirib.