Dünyada qızılın qiyməti rekord səviyyədədir. İlin əvvəlindən
indiyədək qızılın qiyməti təxminən 300 dollar bahalaşaraq 2300
dollara yaxınlaşıb.
Üstəlik, bu həftə qiymətli metalın bir kiloqramının qiyməti hətta
74 min dolları ötübsə, ilin əvvəlində 65 min dollar arasında
dəyişib.
Dünyada olduğu kimi, Gürcüstan qızılının (işlənməmiş və ya yarı
emal olunmuş, yaxud toz şəklində) ixrac qiyməti də artır.
O
cümlədən, Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü
ilin yanvar-fevral aylarında Gürcüstandan 14,021 milyon dollar
dəyərində 0,44 ton qızıl ixrac edilib, bir kiloqramın qiyməti orta
hesabla 31,866 dollar təşkil edib. Əvvəlki ilin eyni dövründə
xaricə 16,346 milyon dollar dəyərində 0,60 ton qızıl, orta hesabla
kiloqramı 27,244 dollara satılıb. Nəticədə məlum olur ki,
Gürcüstanın qızıl ixracı bu il təxminən 17% bahalaşıb.
İxrac ölkələrinə gəlincə, Gürcüstan qızılı bu il, eləcə də 2023-cü
ildə üç ölkədə - İsveçrə, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində
satılıb. Xüsusilə:
- İsveçrə - 13,154 milyon dollar
- Türkiyə - 728,49 min dollar
- Birləşmiş Ərəb Əmirlikləri - 138,82 min
dollar
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.