Bu il xaricdə icazəsiz yaşayan 1015 Gürcüstan vətəndaşı readmissiya
çərçivəsində geri qaytarılıb
- bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin birinci rübünün
məlumatında deyilir.
Rəsmi məlumatlardan da aydın olduğu kimi, ən çox - 611 vətəndaş
Almaniyadan, 165 nəfər Fransadan geri qaytarılıb; İsveçrədən isə 34
nəfər.
Qalan ilk on ölkənin məlumatları belə görünür:
- Yunanıstan – 32
- Polşa – 29
- İtaliya – 23
- Belçika – 20
- İrlandiya – 18
- İspaniya – 16
- Avstriya və Hollandiya – 12-12
2023-cü ilin tam statistikasına gəlincə, ötən il Gürcüstanın 4365
vətəndaşı readmissiyaya məruz qalıb.
Xatırladırıq ki, Gürcüstan və Avropa İttifaqı arasında “icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın
1-dən qüvvəyə minib. Müqavilə əsasında Avropa İttifaqının
ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları Gürcüstana
qaytarılır.
Müqavilə, həmçinin sazişdə müəyyən edilmiş şərtlər əsasında üçüncü
ölkə vətəndaşlarının Gürcüstana qaytarılmasını nəzərdə tutur. Son
təyinat dövlətinin sərhədinə qədər readmissiya və tranzitlə bağlı
bütün nəqliyyat xərcləri sorğu edən dövlət tərəfindən ödənilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.