Sentyabrın 24-dən Rustavi-Tbilisi istiqamətində 25 yeni avtobus
hərəkət edəcək.
Təqdimat bu gün Rustavinin mərkəzində keçirilib. Şəhərin meri Nino
Latsabidze təqdimat mərasimində bildirib ki, bunlar “Qədim
Rustavidən” Tbilisiyə tərəf hərəkət edəcək 17 nəfərlik
avtobuslardır. Tbilisidə son dayanacaq İdman Sarayının ətrafı
olacaq. Yeni nəqliyyat Tbilisidə "Basline" ilə hərəkət edəcək.
Avtobus istehsalçısı tenderin qalibi Türkiyənin “Otokar”
şirkətidir. Bu şirkətin avtobusları
iki ildir ki, Rustavinin daxili
marşrutları ilə işləyir. Sonra Avropa İttifaqının maliyyə dəstəyi
ilə 40 avtobus almaq, nəqliyyat infrastrukturunu təşkil etmək
mümkün oldu. Yeni müqaviləyə əsasən, türk şirkəti Rustavi üçün
Rustavi-Tbilisi istiqamətində beş müxtəlif marşrut üzrə hərəkət
edəcək ümumilikdə 70 avtobus istehsal etməlidir. Avtobuslar Maliyyə
Nazirliyindən götürülmüş 19 milyon 750 lari kreditlə alınıb. Faiz
dərəcəsi 8% təşkil edir. Meriya yanvarda qalan 45 avtobusu
gözləyir.
Rustavidən Tbilisiyə hər gün 30 min insan səyahət edir. Onların
əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Yeni marşrutlar
Tbilisi ilə razılaşdırılaraq təsdiq edilib. Artıq bir ildən çoxdur
ki, əvvəllər alınmış eyni ölçülü 12 avtobus Tbilisinin İsani
istiqamətində Rustavi çıxışından sərnişin daşıyır.
Nino Latsabidze bildirib ki, o zaman bu qərar fors-major vəziyyətdə
verilib, çünki əhali Tbilisi istiqamətində 11 xəttin sahibi olan
“İntertrans” özəl şirkətindən narazı idi.
Daha üç yeni marşrut təsdiqlənib: universitet binasına, dəmiryol
vağzalına və Didube avtovağzalına qədər. Adıçəkilən marşrutlar üzrə
hərəkət üçün nəzərdə tutulmuş avtobuslar tədricən şəhərə daxil
olacaq. Bütün avtobuslar “Basline” xətti ilə hərəkət edəcək.
Rustavi merinin müavini Besik Toqonidze AzadlıqRadiosuna bildirib
ki, yeni marşrutlarda gediş haqqı əvvəlki kimi qalacaq - 2,5 lari.
Bu halda da meriya müəyyən kateqoriyalar üzrə gediş haqqını qismən
maliyyələşdirəcək - tələbələrin gediş haqqı 1 lari, əlillərin gediş
haqqı isə 1,5 laridir.
Toqonidze onu da bildirib ki, Rustavidən digər üç marşrut üzrə
gediş yeri hələ müəyyən edilməyib. Bu, yeni xəttin işləməsindən,
sərnişin axınından, səfər müddətinin dəqiqləşdirilməsindən asılı
olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415