"Sadaxlı"da külli miqdarda narkotik keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş tədbir nəticəsində "Sadaxlı" sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

Qurumun məlumatına görə, 1978-ci il təvəllüdlü K.S. külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqda və Gürcüstana qanunsuz keçirməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi gömrük-keçid məntəqəsinin avtomobil zonasında yoxlayıblar. Şəxsi axtarış zamanı maddi sübut
kimi 34 həb "Metadon" narkotik vasitəsi aşkar edilərək götürülüb.




İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) və 262-ci (narkotik vasitələrin Gürcüstana qanunsuz gətirilməsi) maddələri ilə aparılır. Cinayət ömürlük həbs cəzasını nəzərdə tutur.
Print Email
FaceBook Twitter Google