Laqodexidə kişinin şəxsi həyat görüntülərini yayan şəxslər saxlanılıb — DİN işi intihar həddinə çatdırma maddəsi ilə araşdırır

Kişidən şəxsi həyat görüntülərini yaymaqla pul tələb ediblər — polis intihar həddinə çatdırmaya görə iki nəfəri saxlayıb.



Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Laqodexi Rayon İdarəsi iki gənci saxlayıb. Onlar qrup halında kişidən pul tələb etmədə (hədə-qorxu ilə pul qoparmada), tamah məqsədilə şəxsi həyatın sirrini pozmaqda və zərərçəkmişi intihar həddinə çatdırmaqda ittiham olunurlar.

İşin materiallarına
və istintaqın məlumatına əsasən, saxlanılanlar 2006-cı il təvəllüdlü N.Q. və 2007-ci il təvəllüdlü N.M.-dir. Müəyyən edilib ki, ötən ilin yayında təqsirləndirilən şəxslər 1994-cü il təvəllüdlü kişidən (Q.Q.) pul qoparmaq məqsədilə sosial şəbəkədə onun şəxsi həyatını əks etdirən foto və video materialları yayıblar. Bu faktdan qısa müddət sonra zərərçəkmiş intihar edərək həyatına son qoyub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlayıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci (hədə-qorxu ilə tələb etmə), 157-ci prima (şəxsi həyatın sirrini pozma) və 115-ci (intihar həddinə çatdırma) maddələri ilə davam edir. Təqsir sübuta yetiriləcəyi təqdirdə, saxlanılanları 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google