Acarada qeyri-qanuni balıq müəssisəsi aşkar edilib

Batumidə qeyri-qanuni balıq müəssisəsi aşkar edilib — Milli Qida Agentliyi istehsal prosesini dayandırıb.



Milli Qida Agentliyinin Acara Departamentinin müfəttişləri plandankənar yoxlama zamanı balıq hisə verilməsi ilə məşğul olan qeyri-qanuni müəssisə aşkar ediblər.

Yoxlama nəticəsində məlum olub ki, biznes operatoru Z.C. fəaliyyətini dövlət reyestrində qeydiyyatdan keçirmədən və qanunvericiliklə nəzərdə tutulmuş tanınma sənədi olmadan həyata keçirib. Bundan başqa,
təftiş zamanı kritik uyğunsuzluqlar – gigiyena normalarının kobud şəkildə pozulması, çirklənmiş inventar və balıqların buzunun riskli üsulla açılması prosesi qeydə alınıb.

Sözügedən pozuntulara görə, Gürcüstan qanunvericiliyinə uyğun olaraq biznes operatoru cərimələnib və kritik uyğunsuzluqlar tam aradan qaldırılana qədər müəssisənin istehsal prosesi dayandırılıb.

Agentlik açıqlamasında biznes subyektlərinə xəbərdarlıq edir ki, fəaliyyətlərini yalnız qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməklə həyata keçirsinlər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.








 

Print Email
FaceBook Twitter Google