Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd faktı ilə bağlı 4 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Operativ-İstintaq Departamentinin əməkdaşları dövlət sərhədinin qanunsuz keçilməsi və bu cəhdlə bağlı 4 nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən ikisi sərhəd-keçid məntəqəsini yan keçərək Gürcüstan dövlət sərhədini qanunsuz şəkildə keçiblər.

Digər iki nəfər isə Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçməyə cəhd edib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi və 19-344-cü maddəsinin birinci hissəsi ilə aparılır.

Qeyd olunan maddələr 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google