Qrup halında zorakılıqda iştirak ittihamı ilə iki nəfər saxlanılıb
Gürcüstan Prokurorluğunun məlumatına görə, Qiqa Avalianinin cinayət işindən ayrılmış ayrıca icraat çərçivəsində zorakılıqla müşayiət olunan qrup hərəkətlərində iştirak faktı üzrə iki nəfər saxlanılıb və onlara ittiham irəli sürülüb.

Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində yüzlərlə istintaq hərəkəti həyata keçirilib, yüzə yaxın şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub.

İstintaq müəyyən edib
ki, Aleksandre Qabaşvili, Qiorqi Rikadze, Demetre Çikovani və digər şəxslər özləri üçün qəbuledilməz hesab etdikləri insanları müəyyən edib cəzalandırmaq məqsədilə qrup şəklində fəaliyyət təşkil ediblər.

Prokurorluğun məlumatına görə, onlar seçilmiş qurbanlarla müxtəlif kommunikasiya vasitələri üzərindən qız adı ilə əlaqə saxlayır, əvvəlcədən müəyyən edilmiş görüş yerinə çağırır, daha sonra isə onları qrup halında fiziki zorakılığa məruz qoyurdular.

Zorakılıq anları mobil telefonlarla lentə alınır və videolar müxtəlif qruplarda paylaşılırdı.

Qurumun bildirdiyinə görə, 2025-ci ilin fevral ayında təqsirləndirilən şəxslər zərərçəkəni aldadaraq Didi Diğominin üçüncü mikrorayonu yaxınlığına aparıb, orada ona fiziki zorakılıq tətbiq edib və hadisəni mobil telefonla qeydə alıblar.

Həmçinin, prokurorluğun məlumatına əsasən, 2025-ci ilin iyul ayında həmin şəxslər başqa şəxslərlə birlikdə əvvəlcədən seçilmiş daha bir qurbana qarşı zorakılıq edib və bu prosesi də videoya çəkiblər.

Hüquq-mühafizə orqanları İrakli Sulaberidze və Demetre Kasradzeni məhkəmə qərarı əsasında 27 may tarixində saxlayıb.

Onlara Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi ilə — zorakılıqla müşayiət olunan qrup hərəkətlərində iştirak ittihamı irəli sürülüb. Bu maddə 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google