Tsalkada qanunsuz pendir istehsalı müəssisəsi aşkarlanıb
Milli Qida Agentliyinin Kvemo Kartli departamentinin inspektorları Tsalkada qanunsuz pendir istehsalı müəssisəsi aşkarlayıblar.

Qurumun məlumatına görə, fərdi sahibkar çiy südün termiki emalını İqtisadi Fəaliyyət Reyestrində qeydiyyat və məcburi tanınma olmadan həyata keçirib.

Yoxlama zamanı həmçinin ciddi uyğunsuzluqlar, texnoloji proses və etiketləmə qaydalarının pozulması halları da müəyyən olunub. Buna görə biznes operatorunun istehsal prosesi dayandırılıb və
ona təhlükəli qida məhsullarının satışının qarşısını almaq tapşırılıb.

Sahibkar Gürcüstan qanunvericiliyinə uyğun olaraq cərimələnib.

Milli Qida Agentliyi bildirir ki, qurum qanunsuz müəssisələrin aşkarlanması istiqamətində fəaliyyətini davam etdirir və biznes operatorlarını qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə, həmçinin qida təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google