Tbilisidə qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube–Çuğureti Baş İdarəsinin əməkdaşları qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs əvvəlki münaqişə zəminində soyuq silahdan istifadə edərək bir kişiyə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs Sadaxlo sərhəd-keçid
məntəqəsi yaxınlığında saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google