Tbilisi hava limanında FBI-in tələbi ilə beynəlxalq axtarışda olan şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Baş Prokurorluğun əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri ilə imzalanmış birgə deklarasiya çərçivəsində, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) ilə sıx ikitərəfli koordinasiya nəticəsində beynəlxalq axtarışda olan şəxsi saxlayıblar.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanları aparılan istintaq hərəkətləri nəticəsində həmin şəxsi Tbilisi beynəlxalq hava limanında yaxalayıblar.

Məlumatda bildirilir ki, saxlanılan şəxs
ABŞ-ın FBI qurumunun tələbi əsasında müxtəlif ağır cinayətlər — o cümlədən cinayətkar fəaliyyətə kömək və iştirak, cinayətkar sui-qəsd və çirkli pulların yuyulması ittihamları üzrə beynəlxalq axtarışda olub.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.

Daxili İşlər Nazirliyi qeyd edir ki, Gürcüstan ABŞ hüquq-mühafizə orqanları ilə uzun illərdir, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, uğurlu əməkdaşlıq həyata keçirir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google