May ayında ölkədə qanunsuz meşə istifadəsinə görə 163 faktı aşkarlanıb — 31 mişar sexi möhürlənib
Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları 2026-cı il 1–31 may tarixləri arasında qanunsuz meşə istifadəsi ilə bağlı 163 fakt aşkar ediblər.

Qurumun məlumatına görə, müəyyən edilən pozuntulardan 105 fakt qanunsuz ağac tədarükü və daşınması ilə bağlıdır, 58 hal isə mişar sexləri tərəfindən texniki qaydaların pozulması və qeyri-leqal fəaliyyətlə əlaqədardır.

Aşkarlanmış faktlardan 18-i cinayət tərkibli əlamətlər daşıyır. Bu hallarla bağlı materiallar sonrakı araşdırma üçün aidiyyəti qurumlara göndərilib.

May ayında həmçinin 10 qeydiyyatsız mişar sexi möhürlənib, ümumilikdə isə 284 kubmetrdən çox qanunsuz əldə edilmiş taxta materialı müsadirə olunub.

Regionlar üzrə ən çox — 65 fakt Acarıstanda qeydə alınıb. Ardınca İmereti — 23, Sameqrelo–Yuxarı Svaneti — 22, Quriya — 12, Raça–Leçxumi–Aşağı Svaneti — 10, Samtsxe-Cavaxeti — 9, Kaxeti — 7, Şida Kartli — 6, Mtsxeta-Mtianeti — 5, Kvemo Kartli — 3 faktla gəlir. Paytaxt Tbilisidə isə bir qanunsuz mişar sexi aşkarlanıb.

Departamentin məlumatına görə, cari ilin ilk beş ayında ölkə üzrə ümumilikdə 823 qanunsuz meşə istifadəsi faktı müəyyən edilib, 31 qeydiyyatsız mişar sexi isə möhürlənib.

Ətraf Mühitin Nəzarəti Departamenti bildirir ki, təbii resursların qorunması və meşələrdən qanunsuz istifadənin qarşısının alınması əsas prioritetlərdən biridir. Qurum ölkə üzrə 24 saat rejimində patrul xidməti həyata keçirir və 153 qaynar xəttinə daxil olan müraciətlərə reaksiya verir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google