Ağac materiallar üçün saxta sənədlərin hazırlanması və satılması faktı ilə bağlı 2 nəfər saxlanılıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində,

saxta vergi sənədlərinin hazırlanması və satılması faktı ilə bağlı iki nəfəri saxlayıblar.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi qazanc əldə etmək məqsədilə, onlardan birinin adına qeydiyyatdan keçmiş fərdi sahibkar vasitəsilə 9 500 lari dəyərində meşə materiallarının guya tədarük edildiyini əks etdirən saxta əmtəə-nəqliyyat
qaimələri və vergi hesab-fakturası hazırlayıb satıblar. Bunun müqabilində isə qanunsuz olaraq 1 500 lari tələb edərək alıblar", —
deyə nazirliyin bəyanatında bildirilir.

Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi ilə istintaq davam edir. Bu maddə 4 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google