164 000 lari məbləğində dələduzluq ittihamı ilə üç nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Dələduzluğa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə üç nəfəri saxlayıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər vətəndaşlara kiçik bağ evlərinin tikintisini və müxtəlif işlərin görülməsini vəd ediblər. Onların məqsədi böyük məbləğdə pul vəsaitini dələduzluq yolu ilə əldə etmək olub.

Araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər sifarişçilərlə saxta müqavilələr bağlayaraq onlardan ümumilikdə 164 000 lari alıblar. Daha sonra isə əldə etdikləri vəsaiti tam şəkildə mənimsəyiblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, məhkəmənin qərarı əsasında hər üç şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Həmin maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google