Tbilisidə yükdaşıma şirkətində çalışan bir şəxs 120 000 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunaraq saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Dələduzluğa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları vəzifə səlahiyyətlərindən istifadə etməklə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs yük daşımaları sahəsində beynəlxalq nəqliyyat xidmətləri göstərən şirkətlərdən birində təşkilati məsələlər üzrə çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək şirkətin göstərdiyi
xidmətlərə görə ödənilməli olan vəsaiti müştərilərə öz nəzarətində olan digər bank hesablarına köçürdürüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, müxtəlif vaxtlarda bu üsulla köçürülən vəsaitin ümumi məbləği 120 000 lari təşkil edib və həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən qanunsuz şəkildə mənimsənilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “a” və “b” bəndləri ilə aparılır. Həmin maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google