Narkotik cinayəti ittihamı ilə bir nəfər saxlanılıb – polis nəzarətli satınalma həyata keçirib
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə bir nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, polis şübhəli şəxsdən narkotik vasitələrin nəzarətli satınalmasını həyata keçirib, həmçinin gizli audio və video çəkilişlər aparılıb. Bu tədbirlər nəticəsində onun cinayət fəaliyyəti təsdiqlənib.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs narkotiklərin satışını “kuryerlər” vasitəsilə həyata keçirməyə çalışıb. O, narkotik əldə etmək istəyən şəxslərə yüksək ödəniş müqabilində bu cinayət sxeminə qoşulma təklif edirmiş.

Sxemə əsasən, “kuryer” narkotik vasitələri göstərilən yerlərə qoymalı, həmin yerlərin fotoşəklini çəkməli, koordinatları qeyd etməli və məlumatı şübhəli şəxsə göndərməli idi. Bunun müqabilində isə pul ödənişi nəzərdə tutulub.

Hüquq-mühafizə orqanları şübhəli şəxsin evində aparılan axtarış zamanı satışa hazır narkotik vasitələri və onların qablaşdırılması üçün istifadə olunan materialları maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik
ki, gec olmadan mübarizə aparaq.

Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google