Rustavidə ödəniş terminallarına saxta əskinas yerləşdirərək dələduzluq edən şəxsə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu ödəniş terminallarına saxta əskinaslar yerləşdirməklə dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs Rustavi şəhərində müxtəlif ünvanlarda yerləşən sürətli ödəniş terminallarına saxta əskinaslar yerləşdirərək şirkətə və terminallardan birinin sahibi olan fiziki şəxsə məxsus ümumilikdə 4 100 lari
vəsaiti dələduzluq yolu ilə mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini iyunun 18-də saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və dördüncü hissəsinin “b” bəndi ilə ittiham irəli sürülüb.

Prokurorluğun məlumatına görə, söhbət aldatma yolu ilə özgə əmlakının mənimsənilməsindən, yəni dələduzluqdan gedir. Bu əməl nəticəsində zərərçəkənlərə əhəmiyyətli maddi ziyan dəyib. Bildirilir ki, təqsirləndirilən şəxs əvvəllər də iki dəfə özgə əmlakını qanunsuz mənimsəməyə görə məhkum olunub. Cinayət işi iki epizodu əhatə edir.

Qanunvericiliyə əsasən, bu cinayət əməlini törədən şəxsi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google