Milli Qida Agentliyinin Acarıstan və Tbilisi departamentlərinin
müfəttişləri “K.S.C.” MMC-yə məxsus müxtəlif obyektlərdə
həyata keçirdikləri dövlət nəzarəti zamanı tonlarla istifadə
müddəti bitmiş qida məhsulu aşkar ediblər.
Acarıstan Departamentinin müfəttişləri şirkətə məxsus üç obyektdə
plandankənar yoxlama aparıblar. Xelvaçauri bələdiyyəsinin Qantiadi
kəndində yerləşən obyektdə heç bir qanun pozuntusu qeydə alınmayıb.
Burada həm məhsulların etiketlənməsi qaydalarına, həm də satış
müddətlərinə
riayət edildiyi müəyyən olunub.
Lakin Kobuleti bələdiyyəsinin Qorqadzeebi kəndində 125 kiloqram
istifadə müddəti bitmiş midiya aşkar edilib. Batumi şəhərində,
General Aslan Abaşidze küçəsində yerləşən obyektdə isə istifadə
müddəti keçmiş 3 780 kiloqram qabığında bişirilmiş və dondurulmuş
krevet, eləcə də 16 kiloqram dəniz məhsulları qarışığı müəyyən
olunub.
Agentliyin məlumatına görə, sözügedən məhsullar möhürlənib və
qanunvericiliyə uyğun olaraq məhv ediləcək.
Bununla yanaşı, Tbilisi Departamentinin müfəttişləri “K.S.C.”
MMC-nin Qriqol Lortkipanidze küçəsində yerləşən soyuducu anbarında
da qanun pozuntuları aşkarlayıblar. Yoxlama zamanı istifadə müddəti
bitmiş qida məhsullarının bazara çıxarılması və etiketləmə
qaydalarının pozulması faktları müəyyən edilib. Müxtəlif növ
dondurulmuş balıq məhsulları, həmçinin kürü məhsullarının
etiketlənməsində pozuntular aşkarlanıb.
Aşkarlanan qanun pozuntularına görə şirkət cərimələnib. Agentliyin
məlumatına əsasən, ümumilikdə 6 132,2 kiloqram istifadə müddəti
bitmiş qida məhsulu möhürlənib və qanunvericiliyə uyğun şəkildə
məhv ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.