Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin
Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirilən
polis tədbirləri nəticəsində kustar üsulla hazırlanmış
narkolaboratoriya aşkar edib və narkotik cinayəti ittihamı ilə iki
nəfəri saxlayıblar.
Nazirliyin məlumatına görə, saxlanılan şəxslər Qazaxıstan
Respublikası vətəndaşlarıdır.
İstintaq nəticəsində ayın olub ki, təqsirləndirilən şəxslər
müvəqqəti yaşayış evində qurulmuş laboratoriyada müxtəlif kimyəvi
vasitələr və prekursorlardan istifadə edərək satış məqsədilə
narkotik vasitələr hazırlayırdılar. İş materiallarına əsasən, onlar
narkotik maddələrin müxtəlif üsullarla
satışını da həyata
keçirirdilər.
Polisin təqsirləndirilən şəxslərin şəxsi əşyalarına və yaşayış
evinə keçirdiyi baxış zamanı böyük miqdarda – təxminən 20 kiloqrama
yaxın müxtəlif növ narkotik vasitə maddi sübut kimi götürülüb.
Bundan əlavə, narkotiklərin kustar üsulla hazırlanması və
qablaşdırılması üçün istifadə olunan vasitələr də aşkar edilərək
götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 266-cı və 260-cı
maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya
ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.