Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamentinin
Mtsxeta-Mtianeti regional idarəsinin əməkdaşları meşələrdən
qanunsuz istifadə hallarına qarşı aparılan tədbirlər çərçivəsində
Duşeti və Tianeti bələdiyyələrində ağac kəsimi və taxta materialın
qanunsuz daşınması ilə bağlı 3 fakt aşkar ediblər.
Departamentin məlumatına görə, hadisələrdən biri Zemo Tonçi kəndi
yaxınlığında qeydə alınıb. Burada bir vətəndaş dövlət
meşə fondu
ərazisindən vələs (fıstıq) növünə aid 3 ağacı qanunsuz şəkildə
kəsərək daha sonra onların daşınmasını həyata keçirib.
Həmçinin Tianeti bələdiyyəsində Axmeta istiqamətində hərəkət edən
nəqliyyat vasitəsində bir vətəndaş təxminən 0.5 kubmetr həcmində
vələs növünə aid odun materialını müvafiq sənədlər olmadan
daşıyarkən aşkarlanıb.
Qanun pozuntuları nəticəsində nəqliyyat vasitələri möhürlənib,
hüquqpozma faktı üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddələri ilə 3 protokol tərtib olunub. Materiallar aidiyyəti
qurumlara göndərilib.
Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları ölkə üzrə 24
saat fasiləsiz patrul xidməti həyata keçirirlər. Məqsəd qanunsuz
meşə istifadəsinin və digər ekoloji pozuntuların vaxtında qarşısını
almaq, aşkarlamaq və aradan qaldırmaqdır. Nazirliyin “qaynar
xətt”inə (153) daxil olan hər bir müraciətə dərhal reaksiya
verilir. Məlumata əsasən, cari ilin ilk 5 ayında ölkə üzrə artıq
823 qanunsuz meşə istifadəsi faktı qeydə alınıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.