Tbilisidə kirayə qaldığı mənzildə qaz partlayışı nəticəsində
ağır xəsarətlər alan 20 yaşlı tələbə Lamiyə Allahverdiyeva 12
günlük həyat mübarizəsindən sonra
xəstəxanada vəfat edib. Hadisə 12 gün əvvəl paytaxtda baş verib.
Həkimlərin bütün səylərinə baxmayaraq, ağır xəsarətlərlə klinikaya
yerləşdirilən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Lamiyə Allahverdiyeva əslən Kaxeti bölgəsindən,
Saqareco bələdiyyəsinin İormuğanlı kəndindən
idi. O, Tbilisidə İlia
Dövlət Universitetində təhsil alırdı və paytaxtda kirayə mənzildə
yaşayırdı.
Tələbənin faciəli ölümü ilə bağlı İlia Dövlət Universiteti dərin
kədərini ifadə edərək başsağlığı bəyanatı yayıb.
İlia Dövlət Universitetinin bəyanatı:
"İlia Dövlət Universiteti Elmlər və Sənət Fakültəsinin
“Gürcü dili ikinci dil kimi və inteqrasiya proqramı”nın tələbəsi
Lamiyə Allahverdiyevanın faciəli şəkildə dünyasını dəyişməsindən
dərin kədər hissi keçirir.
İlia Dövlət Universitetinin administrasiyası, mühazirəçiləri və
tələbələri Lamiyənin ailəsinə, yaxınlarına, dostlarına və qrup
yoldaşlarına dərin hüznlə başsağlığı verir".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.