Xaraqaulidə elektrik cihazı ilə qanunsuz balıq ovu faktı aşkar edilib
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin qərb regional idarəsinin əməkdaşları Xaraqauli bələdiyyəsində brakonyerlik faktını aşkar ediblər.

Departamentin məlumatına görə, vətəndaş Vardzia kəndi ərazisində, Bormelazi çayında kustar üsulla hazırlanmış elektrik cihazından istifadə etməklə qanunsuz balıq ovu həyata keçirib.

Qurumun açıqlamasına əsasən, elektrik cihazı ilə balıq ovu cinayət əməli sayılır və bu
səbəbdən materiallar sonrakı araşdırma üçün müvafiq quruma göndərilib.

Ətraf Mühitə Nəzarət Departamenti bildirir ki, elektrik cihazları həm ətraf mühitə, həm də insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Qanunvericiliyə əsasən, belə cihazların təkcə istifadəsi deyil, həm də hazırlanması, alınması, saxlanması, daşınması, göndərilməsi və satışı da cəzalandırılır.

Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, elektrik cihazı və ya digər qadağan olunmuş vasitələrlə qanunsuz balıq ovu 320–400 saat ictimai işlər və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qurumun məlumatında qeyd olunur ki, brakonyerliyə qarşı mübarizə Ətraf Mühitə Nəzarət Departamentinin əsas prioritetlərindən biridir. Departamentin ekipajları ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirərək ətraf mühit qanunpozuntularının vaxtında qarşısının alınmasını və aşkar edilməsini təmin edir.

Vətəndaşlar qanun pozuntuları barədə məlumatı Nazirliyin 153 qaynar xəttinə bildirə bilərlər. Hər bir müraciət üzrə operativ reaksiya verilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google