Maliyyə Nazirliyi 53 milyon laridən çox dəyərində psixotrop dərmanların qanunsuz ticarəti sxemini aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti 53 milyon laridən artıq dəyəri olan psixotrop dərmanların qanunsuz dövriyyəsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət işinin üstünü açıb.

Qurumun məlumatına görə, iş üzrə 1 000-dən çox istintaq və prosessual hərəkət həyata keçirilib. Hazırda mütəşəkkil cinayətkar qrupun 17 üzvü saxlanılıb, gizlənən daha 3
nəfər barəsində isə axtarış elan ediləcək.

Bundan əlavə, istintaqla əməkdaşlıq edən və genişmiqyaslı cinayət sxeminin üzə çıxarılmasına kömək göstərən 11 fiziki şəxsə həbs qətimkan tədbiri seçilmədən ittiham irəli sürülüb. Həmçinin, Gürcüstanda qeydiyyatdan keçmiş 24 hüquqi şəxs barəsində də cinayət təqibi başlanıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər arasında Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin keçmiş yüksək vəzifəli şəxsləri də var. Onlar illər ərzində şəxsi maraqları naminə və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət sxeminin fəaliyyətinə şərait yaradıblar.

İstintaq Xidmətinin bildirdiyinə görə, sözdə “aptek narkomaniyası”nın yayılmasına xidmət edən geniş şəbəkə Gürcüstanda 2018–2025-ci illərdə fəaliyyət göstərib. Prosesə psixotrop dərmanların idxalı ilə məşğul olan şirkətlərin rəhbərləri nəzarət ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, cinayət fəaliyyətini gizlətmək məqsədilə idxalçı şirkətlərdən alınan dərmanlar sənədlərdə formal şəkildə saxta əczaçılıq şirkətlərinin adına rəsmiləşdirilib. Həmin şirkətlər əvvəlcədən onlarla əlaqəli şəxslərin adına qeydiyyata alınmışdı. Əslində isə dərmanlar heç bir resept və müvafiq icazə olmadan, yüksək qiymət əlavəsi ilə ölkə üzrə hətta aptek statusu olmayan obyektlərdə satılıb.

Hazırkı mərhələdə müəyyən edilib ki, psixotrop dərmanların qanunsuz satışı nəticəsində əldə olunan gəlirin məbləği 53 milyon 833 min 723 lari təşkil edib. Qanunsuz gəlirlərə qanuni görünüş vermək üçün vəsaitin əhəmiyyətli hissəsi əməkhaqqı və dividend şəklində rəsmiləşdirilib.

İstintaqın məlumatına əsasən, bu maliyyə vəsaitləri hesabına təqsirləndirilən şəxslər və onlarla əlaqəli şəxslər çoxlu sayda daşınar və daşınmaz əmlak əldə ediblər. Həmin aktivlərin hamısına həbs qoyulub və gələcəkdə onların hesabına vurulmuş zərərin ödənilməsi təmin ediləcək.

İstintaq Xidməti bildirir ki, cinayətkar qrupun üzvləri dövlətə on milyonlarla lari məbləğində maddi ziyan vurub və psixotrop preparatların qanunsuz pərakəndə satışı ilə minlərlə vətəndaşın həyatı və sağlamlığı üçün təhlükə yaradıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 192-ci və 194-cü maddələri üzrə istintaq aparılır. Həmin maddələr 9 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti bəyan edib ki, dövlət büdcəsinə zərər vuran, korrupsiya risklərini artıran və insanların həyatına və sağlamlığına təhlükə yaradan bu cür cinayət fəaliyyətləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı xüsusilə sərt siyasət həyata keçiriləcək. Qurumun məlumatına görə, sözdə “aptek narkomaniyası”nın tam aradan qaldırılması üçün intensiv əməliyyat tədbirləri və daimi monitorinq davam etdiriləcək.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google