Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri
nəticəsində əvvəlcədən razılaşdırılmış qrup tərəfindən külli
miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə
edilməsi, saxlanılması və satışına kömək etmə ittihamı ilə müxtəlif
vaxtlarda Tbilisi, Quria, Acarıstan və Kaxeti bölgələrində 20 nəfər
saxlanılıb.
DİN-in məlumatına görə, məhkəmə qərarı əsasında polis tərəfindən
təqsirləndirilən şəxslərdən biri ilə bir
neçə dəfə narkotik
vasitənin nəzarətli alışı həyata keçirilib. Həmin əməliyyat
çərçivəsində gizli audio və video çəkilişlər də aparılıb.
Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərində, yaşayış
yerlərində və onların göstərdiyi ünvanlarda apardıqları axtarışlar
zamanı satış üçün hazırlanmış külli miqdarda narkotik vasitələr –
“metadon”, “alfa-PVP” və qurudulmuş marixuana maddi sübut kimi
götürülüb.
İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxslərin bir
hissəsi xüsusi olaraq qurulmuş istixanalarda narkotik tərkibli
bitkilərin qanunsuz becərilməsi ilə də məşğul olub.
Aparılan istintaq tədbirləri zamanı narkotik vasitələrin
qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar edilərək
götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-260, 260, 260 prim
(kvarta), 260 ter, 261, 262, 265 və 273-cü maddələri üzrə istintaq
aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.