TDTU-nun Universitet Klinikasının binasından yıxılan qadın həyatını itirib
Tbilisidə, Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının binasından yıxılan qadın həyatını itirib.

Hadisə iyunun 25-də günün ikinci yarısında baş verib.

Fakt barədə məlumatı ilk olaraq “Mtavari” yayıb. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində Azadlıq Radiosuna təsdiqləyiblər.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlanılıb. Həmin maddə
intihara sövq etməni nəzərdə tutur.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google