Gürcüstan Daxili İşlər Nazirliyi-nin Tbilisi Polis Departamentinin
İstintaq Baş İdarəsinin dələduzluğa qarşı mübarizə şöbəsinin
əməkdaşları böyük məbləğdə pulun dələduzluq yolu ilə mənimsənilməsi
ittihamı ilə bir nəfəri saxlayıblar, digər təqsirləndirilən şəxs
barəsində isə axtarış elan edilib.
İstintaq məlumatına görə, təqsirləndirilən şəxslər vətəndaşlara
saxta reklamlar və formal müqavilələrdən istifadə etməklə mənzil
tikintisi və təmir işləri təklif ediblər.
Qurumun
məlumatına əsasən, işlərin tez görülməsi bəhanəsi ilə onlar
zərərçəkənlərdən ümumilikdə 242 000 lari məbləğində pul alaraq,
götürdükləri öhdəlikləri yerinə yetirmədən həmin vəsaiti
mənimsəyiblər.
Tbilisi Polis Departamenti-nin məlumatına görə, keçirilən əməliyyat
tədbirləri nəticəsində məhkəmə qərarı əsasında təqsirləndirilən
şəxslərdən biri saxlanılıb, digər şəxs barəsində isə qiyabi qaydada
cinayət təqibi başlanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci
hissəsinin “a” bəndi, həmçinin 3-cü hissəsinin “b” və “g” bəndləri
üzrə istintaq aparılır. Həmin maddələr 9 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.