Tbilisinin Lotkin qəsəbəsində, Kişinyov küçəsində yerləşən parkda
attraksion 14 yaşlı yeniyetmənin üzərinə aşıb.
Yerli sakinlərin “TV Pirveli”yə verdiyi məlumata görə, yeniyetmənin
vəziyyəti ağırdır.
Hadisə ilə bağlı Nadzaladevi Rayon İcra Hakimiyyəti bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, attraksion parkda bütün təhlükəsizlik
standartlarına uyğun şəkildə quraşdırılmışdı və yeniyetmələr
tərəfindən zədələnib.
“Bildiririk ki, cari ilin 22 iyun tarixində Lotkin
qəsəbəsində, Kişinyov küçəsində yerləşən rekreasiya məkanında
ehtiyatsız davranış nəticəsində attraksionun zədələnməsi faktı baş
verib. Nəticədə yeniyetmələrdən biri bədən xəsarətləri alıb.
Möhkəm konstruksiya parkda bütün standartlara uyğun şəkildə, o
cümlədən xüsusi bərkitmə sistemi ilə quraşdırılmışdı və orada olan
şəxslər üçün heç bir təhlükə yaratmırdı.
Şahidlərin sözlərinə görə, attraksiondan bir neçə yeniyetmə
istifadə edib. Onlar konstruksiyanı zədələyiblər və aşan attraksion
qarşı tərəfdə oturan yeniyetmənin üzərinə düşüb.
Uşağın həyatı təhlükədə deyil, lakin o, ağır xəsarətlər alıb.
Nadzaladevi Rayon İcra Hakimiyyəti ailə ilə daimi əlaqədədir və
onlara müvafiq yardım göstərilib.
Faktla bağlı istintaq aparılır və araşdırma hadisə ilə bağlı bütün
suallara cavab verməlidir.
Hər kəsi həm özünün, həm də başqalarının sağlamlığına diqqətlə
yanaşmağa, park və bağlardakı infrastrukturu zədələməməyə və
ətrafdakılar üçün təhlükə yaratmamağa çağırırıq”, –
deyə bəyanatda bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin “Netgazeti”yə verdiyi məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq
başlanıb. Həmin maddə ehtiyatsızlıq nəticəsində sağlamlığa az ağır
və ya ağır xəsarət yetirilməsini nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.