Gürcüstan Prokurorluğunun məlumatına görə, şəxsi həyatın
toxunulmazlığının pozulması faktı üzrə bir nəfər saxlanılıb.
Qurumun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində
həbs qətimkan tədbiri seçib.
“Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına
Qarşı Mübarizə İdarəsinin apardığı istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxs videozəng zamanı keçmiş həyat yoldaşına
məxsus intim xarakterli fotoları qanunsuz şəkildə əldə edib və
saxlayıb. Daha sonra həmin fotoları zərərçəkmişin ailə üzvlərindən
birinə göndərib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157¹-ci maddəsinin
birinci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 7 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə
Prokurorluğun yaydığı məlumatda bildirilir.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.