“Apteklərdə narkomaniya” işi üzrə Səhiyyə nazirinin keçmiş müavini
İrakli Mxeidze saxlanılıb. Bu barədə iş üzrə prokuror məlumatı
mediaya təsdiqləyib.
Mxeidzenin vəkili Vaxtanq Kvijinadzenin sözlərinə görə, söhbət
İrakli Mxeidzenin Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi
Agentliyinin direktoru vəzifəsində çalışdığı 7 aylıq dövrdən gedir.
Onun sözlərinə görə, bu istintaq 3 ildir davam edir.
Məhkəmə prosesi ötən gecə gec saatlara
qədər davam edib və iş üzrə
saxlanılan bütün şəxslər barəsində qətimkan tədbiri kimi həbs
seçilib. İttiham irəli sürülən, lakin saxlanılmayan şəxslər
barəsində isə həbs qətimkan tədbiri tətbiq edilməyib. Buna səbəb
onların təqsirlərini etiraf etmələri, istintaqla əməkdaşlıq
etmələri və “bu cinayət fəaliyyətində iştirak edən, konkret rolları
bölüşdürülmüş şəxsləri göstərmələri” olub.
İrakli Mxeidzeyə Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin
birinci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə şəxsi mənfəət
əldə etmək məqsədilə və ictimai maraqlara zidd olaraq vəzifə
səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutur.
“Cinayətkar qrupun fəaliyyəti və onun
xüsusiyyətlərindən irəli gələrək, onlar psixotrop maddələrin
qanunsuz satışına şərait yaradır və müvafiq hüquq pozuntularına
görə lazımi tədbirlər görmürdü”, — deyə Qriqol
Nişnianidze mediaya bildirib.
Prokurorun sözlərinə görə, iş çərçivəsində yüzlərlə şəxs dindirilib
və istintaq davam edir.
“Yuxarıda qeyd olunan mümkün cinayət əməlləri ilə
əlaqəsi ola biləcək bütün şəxslər, əlbəttə ki, dindiriləcək. Əgər
hər hansı sübut əldə olunarsa və onların tərəfindən cinayət
əlamətləri müəyyən edilərsə, prokurorluq müvafiq hüquqi qərar qəbul
edəcək”, — deyə Qriqol Nişnianidze mediaya
bildirib.
Apteklərdə narkotik maddələrin qanunsuz dövriyyəsi işi üzrə keçmiş
baş prokuror Otаr Partsxaladzenin yaxın çevrəsinə daxil olan Mixail
Çoxeliyə də ittiham irəli sürülüb.
“Mixail Çoxeli barəsində təkcə qrup halında qanunsuz
sahibkarlıq fəaliyyəti faktı üzrə deyil, həm də ağırlaşdırıcı
hallarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə bağlı
cinayət təqibi başlanıb”, — deyə prokuror
bildirib.
İyunun 24-də Maliyyə Nazirliyinin İstintaq Xidməti 53 milyon
laridən çox dəyərində psixotrop dərmanların qanunsuz ticarəti,
cinayətkar qrup tərəfindən əldə edilmiş gəlirlərin
leqallaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı
sxemin aşkar edildiyini açıqlayıb.
Qurumun məlumatına görə, mütəşəkkil qrupun 17 üzvü saxlanılıb,
axtarışda olan 3 nəfərlə bağlı isə axtarış elan ediləcək. Bundan
əlavə, saxlanılmadan 11 fiziki şəxsə ittiham irəli sürülüb. Onlar
istintaqla əməkdaşlıq ediblər. Həmçinin İstintaq Xidmətinin
məlumatına görə, Gürcüstanda qeydiyyatdan keçmiş 24 hüquqi şəxs
barəsində cinayət təqibinə başlanılıb.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.