Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis
Departamenti əməkdaşları operativ
tədbirlər və isti izlə aparılan istintaq hərəkətləri nəticəsində
quldurluq ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs bu il
iyulun 3-də Abaşa bələdiyyəsində yerləşən Bank of Georgia-nın
filialına daxil olub və ov tüfəngindən bir dəfə atəş açıb. Polis
məlumatına görə, hadisə nəticəsində
xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan silahı maddi
sübut kimi götürüblər.
Qurumun məlumatına əsasən, təqsirləndirilən şəxs hadisə yerindəcə
saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə
istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.