Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə,
2026-cı il yanvarın 1-dən iyunun 30-dək Tbilisi, Batumi, Kutaisi və
Rustavi şəhərlərində nəqliyyat vasitələrinin zərərli
tullantılarının müəyyən edilmiş normaya uyğun olmaması ilə bağlı 4
575 fakt qeydə alınıb.
Qurumun məlumatına əsasən, pozuntuların 2 699-u Tbilisidə, 821-i
Batumidə, 694-ü Kutaisidə, 361-i isə Rustavidə
aşkarlanıb.
Müəyyən edilən hüquq pozuntularından 3 982-si fiziki şəxslər
tərəfindən törədilib. 593 halda isə Ətraf Mühitə Nəzarət
Departamentinin əməkdaşları hüquqi şəxsləri cərimələyiblər.
Nəqliyyat vasitələrinin növlərinə gəlincə, pozuntuların 2 634-ü
minik avtomobillərinin, 1 837-si mikroavtobusların, 101-i yük
avtomobillərinin, 3-ü isə avtobusların payına düşür.
Departamentdən bildirilib ki, atmosfer havasının keyfiyyətinin
yaxşılaşdırılması və nəqliyyat sektorundan qaynaqlanan çirklənmənin
azaldılması məqsədilə Tbilisi, Batumi, Kutaisi və Rustavi
şəhərlərində hərəkətdə olan nəqliyyat vasitələrinin görünən tüstü
tullantılarına nəzarət 2023-cü ilin sentyabr ayından həyata
keçirilir.
Qurumun məlumatına görə, aparılan təhlillər əsasında nəzarət
imkanlarını gücləndirmək üçün patrul qruplarının sayı artırılıb,
hibrid avtomobillər alınıb, əməkdaşlar müvafiq ölçü cihazları ilə
təmin edilib və onlar mütəmadi olaraq ixtisasartırma təlimlərinə
cəlb olunurlar. Nəticədə departament əməkdaşları daha çox ərazidə
və daha çox nəqliyyat vasitəsini yoxlamaq imkanına malik olub ki,
bu da nəzarətin daha genişmiqyaslı və səmərəli aparılmasına şərait
yaradır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.