Gürcüstan Daxili İşlər Nazirliyi-nin Miqrasiya Departamentinin
əməkdaşları ölkə üzrə xüsusi
immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər. Nəticədə 50
əcnəbi qanunsuz miqrant saxlanılıb.
Qurumun məlumatına görə, saxlanılanlar arasında Hindistan, Vyetnam,
Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan,
Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və
Keniya vətəndaşları var.
Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində Miqrasiya
Departamentinin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan qalan
əcnəbi
vətəndaşların müəyyən edilməsi məqsədilə müxtəlif ünvanlarda
və obyektlərdə yoxlamalar aparıblar.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər
Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə olublar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti
saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən deportasiya
olunması üçün müvafiq prosedurlar həyata keçirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.