Gürcüstan Daxili İşlər Nazirliyi-nin Şida Kartli Polis Departamenti
əməkdaşları oğurluq ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bir şirkətə
məxsus sürətli ödəniş (pul yükləmə) aparatlarından müxtəlif
vaxtlarda qanunsuz şəkildə ümumilikdə 12 130 lari mənimsəyib.
Həmçinin müəyyən olunub ki, cinayətin izlərini gizlətmək məqsədilə
şübhəli həmin aparatların proqramında sıfırlama əməliyyatını xüsusi
proqram vasitəsilə həyata keçirib.
Şəxsin evində və avtomobilində aparılan axtarış zamanı maddi sübut
kimi mobil telefon, çarxı açmaq üçün istifadə olunan alət və açar
götürülüb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində,
məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü
hissəsi ilə istintaq aparılır. Həmin maddə 10 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.