Tbilisidə yeniyetmənin qətlinə görə 17 yaşlı şəxs saxlanıldı
Tbilisinin Lotkini qəsəbəsində bu gün, sentyabrın 10-da yeniyetmə qətlə yetirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, polis qəsdən adam öldürmə ittihamı ilə 17 yaşlı yeniyetməni saxlayıb.

Qurumun bildirdiyinə görə, hadisə mübahisə zəminində baş verib.

Təqsirləndirilən şəxs soyuq silahla azyaşlıya bir neçə xəsarət yetirərək olay yerindən
qaçıb. Yaralanan yeniyetmə hadisə yerindəcə dünyasını dəyişib.

Gözlənilən cəza: Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə təhqiqat aparılır. Qətlin digər təfərrüatları hələlik bəlli deyil.
Print Email
Tags: kriminal
FaceBook Twitter Google