Kaxetidə bir nəfər qonşusu tərəfindən öldürülüb
Kaxetidə, Bodbisxevi kəndində bir nəfərin qonşusu tərəfindən öldürüldüyü bildirilir. Hadisə dünən gecə baş verib.

Ölənin yaxınları “Rustavi 2”-yə bildiriblər ki, kişi qonşu ilə birgə ad gününə gedib və orada qonşuların biri ilə mübahisə edib. Ailə üzvləri danışırlar ki, kişinin baş nahiyəsində küt əşya ilə xəsarət yetirilib. Onun sözlərinə görə, müttəhim mübahisədən sonra kişini maşınla həyətə gətirib, o, huşsuz olub.

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.

DİN-dən bildirirlər ki, hüquq mühafizəçiləri hadisə yerinə gedərkən kişi xəstəxanada hələ sağ olub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google