Daxili İşlər Nazirliyi İmeretidə avtomat silah müsadirə edib
Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Aşağı (Kvemo) Svaneti Polis Departamentinin Bağdati rayon Polis İdarəsinin əməkdaşları 1978-ci ildə anadan olmuş M.Q.-ni odlu silahın qeyri-qanuni şəkildə əldə etmə-saxlama ittihamı ilə saxlayıb.

Törədilmiş cinayətə görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Interpressnews"a verilən məlumata görə, M.Q.-nin Dimi kəndində yaşadığı evin axtarışı zamanı hüquq mühafizəçiləri “AKS” markalı avtomat silah, iki ədəd güllə darağı, 40 ədəd güllə aşkarlayaraq, maddi sübut kimi müsadirə ediblər.

Odlu silahın əldə edilməsi-saxlanılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.

Print Email
FaceBook Twitter Google